çərşənbə 27 may 2026 - 23:14
“Bəndəliklə vidalaşma” — Ayətullah Cavadi Amulinin baxışında Qurban bayramının mənası

Hövzə / Ayətullah Cavadi Amuli: Həzrət Ayətullah Cavadi Amoli bu bəyanatlarında İslam bayramlarını “ibadət və vilayət” əsasında izah edərək vurğulayıb ki, Qurban bayramı ümumilikdə bütün müsəlmanlar üçün ilahi bir nemətdir və İslam cəmiyyətləri üçün bərəkət mənbəyidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Cavadi Amoli İslam bayramlarının yüksək məqamını izah edərək vurğulayıblar ki, İslam bayramları adi mərasim xarakterli şənliklərdən fərqli olaraq, əslində “böyük bir ibadətin yola salınmasıdır”. Onların fikrincə, Qurban bayramı həcc mərasimlərindəki bəndəliyin nəticəsi və bütün İslam ümmətinə aid olan bir bayramdır.

“Böyük İslam bayramlarından olan mübarək Qurban bayramını” başda İmam Zaman (Allah onun zühurunu tezləşdirsin) olmaqla bütün müsəlman qardaş və bacıları, həmçinin möminləri səmimi qəlbdən təbrik edirəm.

Bu bayram Fitr bayramı kimi İslamın ən seçkin və bərəkətli günlərindən biridir. Bildiyiniz kimi, İslamda rəsmi bayram bir ibadətin yola salınmasıdır. Bu, sadəcə formal bir şənlik deyil.

Fitr bayramı mübarək Ramazan ayının yola salınmasıdır, Qurban bayramı isə ehram halının, Həcc  və Ümrə ibadətlərinin tamamlanmasının yola salınmasıdır. Yəni bəndə öz ibadətini yerinə yetirib Rəbbinə yaxınlaşdıqdan sonra sevinir və bu sevinc məhz həmin iki böyük İslam ibadətinin nəticəsidir.

Digər bayramlar da vilayət ilə bağlıdır və onlar da eyni mahiyyəti daşıyır. Cümə gününü bayram adlandırıblarsa, bunun səbəbi Cümə namazıdır. Qədir-Xum bayramıdırsa, bunun səbəbi vilayət günün olasıdır. İslamda bayram ya ibadətin yola salınması, ya da ibadətin müşayiət olunması deməkdir. Bu bayram bütün İslam cəmiyyətləri üçündür, yalnız şiələrə məxsus deyil. “لِلْمُسْلِمِینَ عِیداً” — yəni bütün müsəlmanlar bu günü xətiblərin xütbələri ilə bərəkətli şəkildə bayram etməlidirlər.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha